Print this page

Şərqşünas alim Özbəkistanda keçirilən beynəlxalq konfransda məruzə edib

15 Fevral 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov fevralın 15-də Özbəkistanın Daşkənd şəhərində təşkil olunan Türk Dünyası Gənc Tədqiqatçılar Konfransında onlayn olaraq, iştirak edib.



Şərqşünas alim konfransda “2002-2015-ci illərdə Türkiyədə hakimiyyət çevrilişi cəhdləri və onların nəticələri” mövzusunda məruzə edib. Məruzədə 2002-ci ildə Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra onun hakimiyyətini devirmək istiqamətində həyata keçirilmiş çevriliş cəhdləri –  Ergenekon, Balyoz, Gəzi Parkı hadisələri, Paralel dövlət təşkilatlanması və onların nəticələri araşdırılıb. Qeyd edilib ki, sözügedən proseslər nəticəsində bir tərəfdən Türkiyədə Ədalət və İnkişaf Partiyasının hakimiyyəti möhkəmlənmiş, ordunun dövlət işlərinə müdaxiləsinin qarşısı alınaraq hakimiyyətə tabe edilmiş, eyni zamanda bütün bunlar Paralel dövlət təşkilatlanmasının da hakimiyyətdə möhkəmlənməsinə şərait yaratmış, lakin sonda onların bütün planları ifşa olunmuşdur.