Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Rusiyadan 286 iştirakçının qatıldığı konfransda şərqşünas alim “Cümhuriyyət dövrü Türkiyə ədəbiyyatının Azərbaycanda araşdırılması” mövzusunda məruzə edib. Ü.Səmədova Cümhuriyyət dövrü Türkiyə ədəbiyyatı ilə bağlı Azərbaycanda, xüsusilə AMEA-nın Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsində aparılan araşdırmalar, Türkiyə türkcəsindən Azərbaycan dilinə edilən tərcümələr haqqında geniş məlumat verib.