Şərqşünas alim konfransda "Azərbaycan elminin inkişafında rus dilinin rolu" mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Azərbaycanda 1828-ci ildən etibarən rus dili mövcud olmağa başlayıb. Öncə rus-tatar məktəbləri açılıb, əhalinin siyahıya alınması aparılıb və digər sahələrə də siraət edib. 2 il ömür sürmüş Azərbaycan Demokratik Respublikasından sonra yeni qurulan sovet rejimində də rus dili istifadədən kənarda qalmayıb, bir çox sahələrdə inkişaf edib. G.Qafqazlı bildirib ki, bu gün də Azərbaycan bəzi ölkələrdə olan arxiv sənədlərinin tərcüməsi sahəsində, mədəni əlaqələrin qurulması və s. sahələrdə rus dilindən istifadə edir.