Print this page

Şərqşünas alimin məqaləsi Kubada nüfuzlu beynəlxalq elmi jurnalda dərc edilib

29 Noyabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Ərəb qadınları ailədə və cəmiyyətdə (Misirli yazar Naval Əs-Saadavi yaradıcılığında)” adlı elmi məqaləsi Kubanın nüfuzlu beynəlxalq “Universidad & Sociedad” jurnalında dərc edilib.

 

Məqalədə ərəb müsəlman qadınlarının ailədə, cəmiyyətdə yeri, rolu və haqları bu günün prizmasından ədəbi əsərlərin fonunda araşdırılıb. Tədqiqatın məhz misirli feminist yazar Naval Əs-Saadavinin (1931-2021) əsərləri kontekstində aparılması sayəsində isə müasir Ərəb Şərqində gender durumu ilə bağlı ümumi mənzərə təsvir edilib.

Qeyd edək ki, sözügedən nəşr “Web of Science” kimi nüfuzlu beynəlxalq bazaya daxildir.