“Ədəbiyyat” bölməsində Cənubi Azərbaycan ədəbiyyatının nümayəndələri fədai şair Sədi Yüzbəndi və Hüseyn Məhəmməzadə Sədiq Düzgünə həsr olunmuş məqalələr təqdim edilir.
“Uzaq Şərq” bölməsindəki məqalələr Ukraynadakı hərbi əməliyyatlarla bağlı Çinin mövqeyinə və Cənubi Qafqazla Cənubi Koreya arasındakı əməkdaşlığın siyasi, iqtisadi və humanitar aspektlərinə həsr olunub.
“Şərq bu gün” bölməsində Suriya böhranının nizamlanmasında Rusiya-Türkiyə əməkdaşlığının rolundan bəhs edilir.
Jurnalda həmçinin Şərqşünaslıq İnstitutunda aparılan ən yeni tədqiqatlar, institut alimlərinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolu, beynəlxalq elmi tədbirlərdə iştirakı barədə məqalələrlə də tanış olmaq mümkündür.
Bundan əlavə təltif olunan şərqşünaslar, institutda çap olunan yeni kitablar və keçirilən tədbirlər barədə məlumatlar da jurnalın səhifələrində yer alır.