Print this page

Lalə Mikayılzadə "Yaşıl dünya naminə həmrəylik - COP 29-un çağrışları və humanitar elmin vəzifələri" mövzusunda elmi konfransda məruzə edib

08 Noyabr 2024

Noyabrın 4-də AMEA Rəyasət Heyəti Aparatının kiçik zalında "Yaşıl dünya naminə həmrəylik - COP 29-un çağrışları və humanitar elmin vəzifələri" mövzusunda elmi konfrans keçirilib. Konfransda Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbənin aparıcı elmi işçisi, ped.ü.f.d. Lalə Mikayılzadə "Ulu Öndər Heydər Əliyevin ekoloji siyasəti" mövzusunda çıxış edib.

 

Məruzəçi Ulu Öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin mühüm tərkib hissəsi olan ekoloji siyasətindən, onun 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə qəbul edilmiş ekoloji mahiyyətli sərəncam, qərar və qanunlar haqqında da danışıb. Məruzəçi onu da qeyd edib ki,  Ulu Öndərin maddi sərvətlərimizə - meşələrə, dağlara, çaylara, yaşıllıqlara, bulaqlara, bir sözlə, təbiətə münasibəti onun azərbaycançılıq ideyasının ən prioritet istiqamətlərindən idi.