N.Məmmədov konfransda “Orta məktəb dərslikləri və Azərbaycandilli onlayn resurslarda Uyğur türklərinin müasir tarixi və ictimai-siyasi vəziyyətinin əksi və bu sahədə mövcud olan problemlər" mövzusunda məruzə edib. Məruzədə orta məktəb dərsliklərində və onlayn resurslarda - xəbər agentliyi, portal və saytlarda Uyğur türklərinin müasir tarixi və ictimai-siyasi vəziyyətini əks etdirən məlumatlar, onların təhlili aparılıb.