Dünya şöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olduğunu bildirən akademik G.Baxşəliyeva onun əsərlərinin dönə-dönə oxunulduğunu, təhlil və tədqiq edildiyini, tərcümə olunduğunu, yenidən işıq üzü gördüyünü deyib.
Görkəmli alimin həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd edən Gövhər xanım, Aida İmanquliyevanın əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.
Anım mərasimində iştirak edən AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu deyərək, onun Azərbaycan şərqşünaslığının inkişafına böyük töhvələr verdiyini bildirib.