Məqalədə Ermənistan Respublikasının və onu dəstəkləyən qüvvələrin hərtərəfli dəstəyi ilə təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın tarixi, maddi-mənəvi abidələri araşdırlır. Eyni zamanda Qarabağın tarixi, Qarabağ xanlığı, Qarabağın icitmai-siyasi, sosail-iqtisadi, mədəni-mənəvi vəziyyəti, Ermənistanın Azərbaycanın tarixi, mədəni-mənəvi abidələrinə qarşı terroru, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı beynəlxalq və regional təşkilatların mövqeyi, Azərbaycan Respublikasının atdığı addımlar və s. məsələlər tədqiq və təhlil edilir.