Kitabın elmi redaktoru akademik Gövhər Baxşəliyevadır.
Seçilmiş arxiv materiallarında Rusiya tərəfindən ermənilərin Osmanlı dövlətinə qarşı üsyana sövq edilməsi; ermənilər arasında aparılmış təbliğat fəaliyətləri ilə birlikdə ermənilərin Qarabağda törətdikləri cinayətlər, qətliamlar; ermənilərin siyasi təşkilatları, qəzetləri və onların Avropa ölkələri ilə əlaqələri; rus, alman və gürcü ordu dəstələri ilə birlikdə Azərbaycan ərazilərində ermənilərin törətdikləri cinayətlər və s. öz əksini tapıb.
Z.Vəliyeva Önlen arxiv materiaallarının tərcüməsi və şərhləri ilə birlikdə onların Osmanlı dilindəki orijinal variantlarını və daha əvvəlcə nəşr edilmiş transliterasiya mətnlərini də hazırladığı kitabda təqdim edib. Faksimile və transliterasiya mətnləri daha əvvəlcə nəşr olunan topludan “Osmanlı belgelerində Karabağ”dan alınıb. Tərcümələr, şərhlər isə orijinal və transliterasiya mətnləri ilə müqayisə edilərək şərqşünas alim tərəfindən hazırlanıb.
Kitabda əlavələr sırasında terminlər, toponimlər, Osmanlı dövlətinin idarə və təşkilatları, siyasi təşkilat, qəzet və şəxs adları təqdim edilib.