Məqalədə Məhəmməd Füzulinin ərəbcə şeirlərində əks olunan "eşq" konsepsiyasının fəlsəfi-irfani və bədii-estetik mündəricəsi təhlil olunur. Müəllif qeyd edir ki, Füzulinin ərəbcə qəsidələrində eşq fəlsəfi məna kəsb edərək geniş və əhatəli məzmun daşıyır, şairin poetik sözünün əsas qayə və məqsədini şərtləndirən amil kimi çıxış edir. Füzuli kəlamında bu ali duyğunun tərənnümü təsəvvüf çalarları kəsb etmiş, sufi terminləri kontekstində beytlərin obrazlılığı daha da mürəkkəbləşmişdir.