Professor R.Rzayeva məruzəsində qeyd edir ki, bu gün biz qlobal sosial strukturun şəbəkə cəmiyyəti kimi formalaşmasını qeyd edə bilərik. Vurğulanır ki, müasir medianın ikili rolu həm sosial reallığı yaratmasında, həm də onu əks etdirməsində özünü göstərir.
Məruzədə həmçinin bildirilir ki, informasiya bu gün müasir siyasi fəaliyyətin əsas resurslarından birinə çevrilib. Bu kontekstdə Roida Rzayeva qeyd edib ki, həyatın ictimai-siyasi sferası rəqəmsallaşmanın təsiri altında transformasiya olunur. Yeni rəqəmsal reallıq genişləndirilmiş kommunikasiya vasitələri, Big Data resursları və texnologiyaları, süni intellekt və rəqəmsal verilənlərlə işləmək üçün neyron şəbəkə alqoritmləri və s. xarakterizə olunur.
Alimin məruzəsi maraqla qarşılanıb. Konfrans iştirakçıları R.Rzayevanın tədqiq etdiyi mövzuların yüksək aktuallığını qeyd ediblər.