Məruzəçi Azərbaycan Respublikası üçün 2024-cü ilin ən mühüm və vacib hadisəsinin COP 29 Beynəlxalq konfransının Bakıda keçirilməsinin olduğunu deyərək, buna uyğun olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda eyni zamanda “Yaşıl dünya naminə həmrəylik” ili kimi elan edilməsini qeyd edib.
G.Qafqazlı məruzəsində Azərbaycanda yaşıl enerjiyə verilən önəmdən, həmçinin bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən olmağımızdan bəhs edib.