Məqalədə Ərəb Şərqində səngiməyən savaşlar, ağır fəsadları ərəb ədəbiyyatında mövzu olaraq ideya-məzmun baxımından araşdırılıb. Tədqiqatçı çağdaş ədəbi əsərlərə əsaslanaraq bu müharibələrin arxasında ədalətdən, insan haqlarının qorunmasından danışan dünya nəhənglərinin durduğunu, xüsusən Ərəb Şərqində baş verən proseslərə ikili standartlardan yanaşıldığını doğru olaraq vurğulayıb.