Azərbaycan şərqşünaslığı

11.13 Mb (yüklə)

Azərbaycan Milli Elmlər Akademiyası
Akademik Z.M.Bünyadov adına
ŞƏRQŞÜNASLIQ İNSTİTUTU
EN | RU

 

 

 

 

Kateqoriya: Xəbərlər
09.01.2012

NATIONAL ACADEMY OF SCIENCES (NAS) OF AZERBAIJAN
INSTITUTE OF ORIENTAL STUDIES OF THE NAS AFTER acad. Z.M.BUNYADOV

International academic symposium
Dedicated to the 90-th anniversary of Hero of the Soviet Union
academician Ziya Musa oglu Bunyadov

Presidium of the Academy of Sciences and the Institute of Oriental Studies of the National Academy of Sciences of the Republic of Azerbaijan after Z.M.Bunyadov are going to conduct academic symposium “The Study of primary sources and history of the Orient in Middle Ages” dedicated to 90-th anniversary of academician Z.M.Buyadov on May 7-10 in Baku.

More information

Kateqoriya: Xəbərlər
09.01.2012

 НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА
ИНСТИТУТ ВОСТОКОВЕДЕНИЯ НАН им. акад. З.М.БУНИЯТОВА

Международный научный симпозиум,
посвященный 90-летию действительного члена Национальной Академии Наук Азербайджана,
Героя Советского Союза Зии Муса оглы Буниятова

Президиум Национальной Акакдемии Наук Азербайджана и Институт Востоковедения НАН Азербайджана им. акад. З.М. Буниятова 7-10 Мая 2012  проводят международный научный симпозиум «Историография и источниковедение Средневекового Востока», посвященный 90-летию академика З.М.Буниятова.

Организаторы приглашают коллег-воcтоковедов принять участие в симпозиуме с докладами в рамках нижеуказанной научной программы:

Daha ətraflı

Kateqoriya: Xəbərlər
09.01.2012

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AMEA Akad. Z.M.BÜNYADOV adına ŞƏRQŞÜNASLIQ İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi simpozium

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 7-10 may 2012-ci il tarixində akademik Z.M.Bünyadovun 90 illiyinə həsr olunmuş «Orta əsrlər Şərqinin tarixşünaslığı mənbəşünaslığı» mövzusunda beynəlxalq elmi konfrans keçirirlər.

Təşkilat komitəsi şərqşünas həmkarları aşağıda qeyd olunan elmi proqram çərçivəsində məruzələrlə simpoziumda iştirak etməyə dəvət edir:

Daha ətraflı

Kateqoriya: Xəbərlər
06.02.2012

Gövhər Baxşəliyevanın təklifləri əsasında Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklarasiyaya müddəalar salındı

Yanvarın 26-31-də İndoneziyanın Palembanq şəhərində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 14-cü sessiyası və 7-ci konfransı keçirilib. Tədbirdə ölkəmizi Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə millət vəkilləri Gövhər Baxşəliyeva (heyətin rəhbəri), Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə və Mirkazım Kazımov daxil idi.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
20.01.2012

Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidləri yad edilib

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədə şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi yanvarın 19-da AMEA Şərqşünaslıq İnstitutunda yad edildi.
Tədbirdə çıxış edən millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etdi: “22 il öncə baş vermiş hadisələri bir yandan bir faciə kimi xatırlayırıqsa, digər yandan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər”.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
19.01.2012

Millət vəkili Gövhər Baxşəliyeva səfərdən qayıdıb

AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva yanvar ayının 9-18 tarixlərində Böyük Britaniyanın London və Oksford şəhərlərində elmi ezamiyyətdə olub. Səfər Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihəsi çərçivəsində həyata keçirilib. Səfərin məqsədi Böyük Britaniyanın kitabxanalarında Azərbaycanın tarixi ərazisini təsdiq edən qədim xəritələrin axtarışı idi. G.Baxşəliyeva Britaniya Milli Kitabxanası, məşhur Oksford kitabxanası və digər arxiv və kitabxanalarda axtarışlar aparıb.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
25.12.2011

Millət vəkili Gövhər Baxşəliyeva İstanbulda «Müsəlman cəmiyyətlərində dəyişikliklər və qadınların rolu» mövzusunda beynəlxalq konfransda iştirak edib

Dekabrın 23-24-də Türkiyənin İstanbul şəhərində «Müsəlman cəmiyyətlərində dəyişikliklər və qadınların rolu» mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçıları İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı və Türkiyə Ailə və Sosial Siyasət Nazirliyi idi.

Konfransın açılışında İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının baş katibi doktor, professor Mahmud Erol Kılıc, İslam Əməkdaşlığı Təşkilatının baş katibi doktor, professor Əkmələddin İhsanoğlu, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Şahin, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
21.12.2011

 Akademik Ziya Bünyadovun xatirəsi anıldı


Görkəmli şərqşünas alim, vaxtilə AMEA-nın vitse-prezidenti, AMEA Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmış, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovu aramızdan 15 ilə yaxın bir vaxt ayırır. Lakin bu böyük insanın elmdə əldə etdiyi nailiyyətlər, döyüş meydanlarında göstərdiyi şücaətlər heç zaman unudulmur. Dekabrın 21-də – böyük alimin doğum günündə AMEA-nın rəhbərliyi, AMEA Şərqşünaslıq İnstitutunun kollektivi, Ziya Bünyadovun həyat yoldaşı Tahirə Bünyadova və ailə üzvləri Fəxri Xiyabanda onun məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad etdilər. Ziya Bünyadovun məzarı üzərinə əklillər qoyuldu, gül dəstələri düzüldü.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
07.12.2011

Şərqşünaslıq İnstitutu Şəhriyarın 105 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirdi


Dekabrın 7-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələ­rindən olan Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 105 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi. “Məhəmmədhüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr” mövzusunda konfransın işində Azərbaycan alimləri ilə yanaşı, İran və İraqdan olan tədqiqatçılar da iştirak edirdilər.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
05.12.2011

Şərqşünaslıq İnstitutunda Şəhriyara həsr olunmuş jurnal işıq üzü görüb

Azərbaycan xalqının böyük şairi, XX əsr Şərq poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 105 ili tamam olub. Bu əlamətdar tarixlə əlaqədar AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəşri olan «Azərbaycan şərqşünaslığı» jurnalı xüsusi buraxılış dərc edib.

Jurnal Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın «Milli ruhun təntənəsi» yazısı ilə açılır.

Jurnalı Yüklə (3.49 MB)

Daha ətraflı

Kateqoriya: Xəbərlər
30.11.2011

Niderlandlı alim Şərqşünaslıq İnstitutunda

Sara Krombax Ziya Bünyadov haqqında dissertasiya yazır

Amsterdam Universiteti Humanitar elmlər fakültəsinin Şərqi Avropa şöbəsinin əməkdaşı Sara Krombax bu günlərdə Bakıya gəlib. Görkəmli Azərbaycan alimi, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov haqqında doktorluq dissertasiyası yazan niderlandlı alim işlədiyi mövzu ilə bağlı material toplamaq üçün AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuna ezam olunub. Sara Krombax Ziya Bünyadovun Şərqşünaslıq və tarixşünaslıq elminə təsiri ilə bağlı dissertasiya yazır. O, əsasən Ziya Bünyadovun uzun illər çalışdığı və rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunun arxivində, eləcə də müxtəlif elmi və təhsil müəssisələrin arxivlərində, kitabxanalarda mövzusu ilə bağlı materiallarla tanış olur. O, həmçinin Ziya Bünyadovu yaxından tanımış insanlarla, o cümlədən tanınmış alimlərimizlə də görüşüb. Sara Krombax bu mövzu üzərində işi 2 ilə başa vurmaq niyyətindədir. Niderlandlı alim gələn ilin martında Bakıya bir dаща səfər etmək fikrindədir.
Bu, Sara Krombaxın Azərbaycanla bağlı ilk işi deyil. O, Amsterdam universitetində aspirantlığı dövründə Dağlıq Qarabağ mövzusu üzərində işləyib.

Kateqoriya: Xəbərlər
25.11.2011

Budapeştdə «III Respublikanın 20 ili» mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Noyabrın 24-25-də Budapeşt şəhərində Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə «III Respublikanın 20 ili» mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfransda Azərbaycan və Macarıstandan olan mütəxəssislər və tanınmış ictimai-siyasi xadimlər 1991-ci ildə müstəqillik aktının qəbul olunmasından sonra Azərbaycan, onun daxili və xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin iqtisadiyyatı, neft strategiyası, mədəniyyəti, təhsili və digər mövzularda məruzələrlə çıxış ediblər.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
28.10.2011

AZƏRBAYCANDA İSLAMOFOBİYADAN SÖHBƏT GEDƏ BİLMƏZ

Qonşu İrandan yenə Azərbaycan Respublikasının, Azərbaycan hakimiyyətinin ünvanına böhtan xarakterli açıqlamalar, hədələyici ruhlu bəyanatlar səslənməkdədir. İran silahlı qüvvələri  Baş qərargah rəisinin ardınca yüksək rütbəli din xadimləri – ayətullahlar Məkarim Şirazi və Təhriri dövlətimizi hansısa “islami oyanışı” boğmaqda, möminləri sıxışdırmaqda ittiham edirlər. Bu isə İranın müəyyən dairələrinin ardıcıl anti-Azərbaycan xətti götürdüklərindən xəbər verir. Onlar açıq-aşkar dövlətimizin daxili işlərinə qarışır, İranın xəbər agentliklərindən birinin yazdığı kimi, Azərbaycan iqtidarına «nəsihət vermək», ona yol göstərmək və… qorxutmaq iddiasında bulunurlar.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
17.10.2011

Şərqşünaslıq İnstitutu müstəqillik illərində

Oktyabrın 17-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda «Müstəqillik illərində Azərbaycan elminin inkişafı» mövzusunda elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor, Gövhər Baxşəliyeva Azərbaycanın müstəqilliyinin 20 ili ərzində keçdiyi böyük inkişaf yolundan, bütövlükdə elmimizin, o cümlədən şərqşünaslıq elminin əldə etdiyi nailiyyətlərdən söz açdı.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
12.10.2011

Fələstin səfiri Şərqşünaslıq İnstitutunda oldu

Oktyabrın 12-də Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfir Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüb.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
11.10.2011

Şərqşünaslıq İnstitutunda professor Aida İmanquliyevanın həyat yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib

Oktyabrın 11-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.

Daha ətraflı

Kateqoriya: Xəbərlər
11.10.2011

Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı

Oktyabrın 11-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri, respublikanın qadın ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Daha ətraflı