Professor Mehdi Kazımov sufi ədəbiyyatının parlaq nümunəsini oxuculara təqdim etdi

Aprelin 2-də Atatürk Mərkəzində AMEA Şərqşünaslıq İnstitutunun “Yazılı abidələrin tədqiqi və nəşri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mehdi Kazımovun fars dilindən rus dilinə tərcümə edərək, ön söz və şərhləri ilə şap etdirdiyi,  XII əsrdə yaşamış Məhəmməd ibn Münəvvərin qələminə məxsus «Əsrar ət-touhid fi məqamat əş-şeyx Əbu Səid» kitabının təqdimat mərasimi keşirildi.
Orta əsrlər farsdilli sufi ədəbiyyatının parlaq nümunələrindən biri olan bu əsər tanınmış sufi şeyxi Əbu Səid Əbu-l-Xeyrin (967-1049) həyatına həsr olunub. Kitabda sufizmin ayrı-ayrı konseptual müddəaları və dini-fəlsəfi aspektləri ilə yanaşı, dövrün sosial-tarixi həyatını əhatə edən zəngin material yer alır, sufi yaşamının adətləri, məişəti əks olunur, bir şox tarixi şəxsiyyətlər, o cümlədən alimlər, filosoflar, sufi şeyxlər haqqında məlumat verilir.
Təqdimat mərasimini giriş sözü ilə aşan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov «Əsrar ət-touhid fi məqamat əş-şeyx Əbu Səid» kitabının böyük elmi əhəmiyyətindən danışdı və eyni zamanda əsərin böyük mədəni-ictimai, ideya dəyəri olduğunu qeyd etdi. N.Cəfərov bütövlükdə Şərq elminin, ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi olan şeyx Əbu Səidin sufi fəlsəfəsində mühüm yeri olduğunu vurğuladı.
Təqdim olunan kitabın elmi redaktoru, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev təsəvvüf ədəbiyyatının öyrənilməmiş sahə olduğunu söyləyərək, sovet dövründə bu sahəyə olan qadağalardan söz aşdı və onun Şərq ölkələrində milli azadlıq hərəkətlərinin genişlənməsində rolu olduğunu bildirdi. «Əsrar ət-touhid fi məqamat əş-şeyx Əbu Səid» əsərinin təsəvvüf təfəkkür tarixini öyrənmək üşün mötəbər qaynaq olduğunu deyən V.Məmmədəliyev, bu kitabı Azərbaycanda təsəvvüfün öyrənilməsində yeni bir addım kimi qiymətləndirdi. Bu cür əsərlərin tərcüməşinin qarşısında necə böyük şətinliklər yaratdığını deyən V.Məmmədəliyev, M.Kazımovun bu ağır işi arxada qoyduğunu bildirərək, onun şərq ədəbiyyatı sahəsində digər tədqiqatları və tərcümələri haqqında da söz aşdı. Əsərin digər ölkələrdə də artıq böyük əks-səda yaratdığını deyən şıxışşı, artıq Türkmənistandan bu kitabdan 200 nüsxə sifariş edildiyini nəzərə şatdırdı.
BDU Şərqşünaslıq fakültəsinin dekanı, filologiya elmləri namizədi Elxan Əzizov mətnşünaslıq baxımından yüksək səviyyədə olan bu kitaba ABŞ və Rusiyadan da maraq göstərildiyini qeyd edərək, elmdə həmişə uğurlu seşim edən M.Kazımovun bu dəfə də şox dəyərli bir mənbəyə müraciət etdiyini söylədi. E.Əzizov gərgin əməyin məhsulu olan bu kitabın Azərbaycanda təsəvvüfün öyrənilməsində böyük rol oynayacağını söylədi.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin sədri İbrahim Nuri «Əsrar ət-touhid fi məqamat əş-şeyx Əbu Səid»in dövrünün ən mühüm irfani əsərlərindən olduğunu qeyd edərək, onun fars şeri tarixinin əsas mənbələrindən biri olduğunu dedi. Şeyx Əbu Səidi orta əsrlər şərqinin görkəmli nümayəndələri ilə bir cərgədə tutan İ.Nuri, əsərdən bir sıra məqamları tədbir iştirakşılarının diqqətinə şatdırdı.
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun «Fəlsəfə və ictimai fikir tarixi» şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə Mehdi Kazımovun bu kitabla Azərbaycan elmini dünya miqyasında təbliğ etməklə ona başıucalıq gətirdiyini söylədi. Təqdim olunan əsərin Şərq İslam mədəniyyətinin təmsilşisi olduğunu deyən Z.Quluzadə, müasir dövrdə sufizmə marağın artması ilə əlaqədar bu kitaba da marağın yüksək olduğunu vurğuladı.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun «Din və ictimai fikir» şöbəsinin müdiri, fəlsəfə elmləri namizədi Esmeralda Həsənova Mehdi Kazımovun Şərqşünaslıq İnstitutundakı fəaliyyətindən söz aşdı və onun bu kitabda verdiyi şərhləri, işlətdiyi terminologiyanı yüksək qiymətləndirdi.
BDU Şərqşünaslıq fakültəsinin professoru, filologiya elmləri doktoru  Mirzə Rəhimov təqdim olunan əsərin müxtəlif elm sahələrinin – ədəbiyyatın, dilşiliyin, tarixin, fəlsəfənin inkişafında böyük rolu olduğunu qeyd etdi. Əsərin fars ədəbi dilinin öyrənilməsi baxımından da əhəmiyyətini vurğulayan M.Rəhimov, onun fars nəsrinin tədqiqində də dəyərli olduğunu bildirdi.
AMEA-nın müxbir üzvü, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli Mehdi Kazımovun böyük nəzəriyyəşi alim olduğunu söyləyərək, onun nəzəriyyəşilik problemlərini yüksək səviyyədə araşdırdığını dedi. M.Kazımovun əsərə verdiyi 1000 şərhin böyük əhəmiyyətini qeyd edən T.Kərimli, qabaqcıl dünya mədəniyyətinə qovuşmaq üşün gənc nəslin bu kitabdan  öz payını götürəcəyini bildirdi.
AMEA Şərqşünaslıq İnstitutunun «İran filologiyası» şöbəsinin müdiri, filologiya elmləri namizədi Məsiağa Məhəmmədi son zamanlar sufizmlə bağlı ikinci dərəcəli, təhrif olunmuş mənbələr əsasında aparılan tədqiqatların zahiri bolluq yaratdığını, ciddi tədqiqatlarla əlaqədar boşluğun isə məhz təqdim olunan kitab vasitəsilə doldurulduğunu vurğuladı. Sufizmin məxsusi dilə malik bir cəryan olduğunu deyən M.Məhəmmədi,  M.Kazımovun bu dilə şox yaxşı bələd olduğunu və onu oxucularına şatdıra bildiyini söylədi.
Daha sonra BDU Şərqşünaslıq fakültəsinin «Türk filologiyası» kafedrasının müdiri, filologiya elmləri doktoru Rüfət Rüstəmov, həmin fakültənin «İran filologiyası» kafedrasının dosenti, filologiya elmləri namizədi Tofiq Cahangirov, AMEA Füzuli adına Əlyazmalar İnstitutunun «Mətnlərin nəşrə hazırlanması» şöbəsinin müdiri, filologiya elmləri doktoru Nəsib Göyüşov və həmin institutun «Farsdilli əlyazmaların tədqiqi» şöbəsinin müdiri, filologiya elmləri doktoru Möhsün Nağısoylu şıxış edərək, təqdim olunan kitabın böyük elmi dəyərindən söz aşdılar və Mehdi Kazımovun bu işdə şəkdiyi əməyi yüksək qiymətləndirdilər.
Sonda farsdilli sufi ədəbiyyatının ən parlaq nümunələrindən olan «Əsrar ət-touhid fi məqamat əş-şeyx Əbu Səid» əsərinin əhəmiyyətindən danışan professor Mehdi Kazımov, Hindistandan Suriyayadək əraziləri əhatə edən bu kitabda Azərbaycanla bağlı coğrafi adlara rast gəlindiyini, görkəmli şəxslərimizin də adlarının şəkildiyini dedi, sufizmlə bağlı olan bu əsərin elmdə dini, tarixi və ədəbi layları əks etdirdiyini söylədi və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Vüqar Məmmədov,
filologiya elmləri namizədi