AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AMEA Akademik Z.M.BÜNYADOV adına ŞƏRQŞÜNASLIQ İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi simpozium

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 7-10 may 2012-ci il tarixində akademik Z.M.Bünyadovun 90 illiyinə həsr olunmuş «Orta əsrlər Şərqinin tarixşünaslığı mənbəşünaslığı» mövzusunda beynəlxalq elmi konfrans keçirirlər.

Təşkilat komitəsi şərqşünas həmkarları aşağıda qeyd olunan elmi proqram çərçivəsində məruzələrlə simpoziumda iştirak etməyə dəvət edir:

I. Akademik Z.M.Bünyadovun tarix mənbəşünaslıq elmində orta əsrlər Şərqinin tarixi məsələlərinin tədqiqində xidmətləri
- akademik Z.M.Bünadovun mənbəşünaslığa aid əsərlərinin əhəmiyyəti;
- Z.M.Bünyadovun əsərlərində ərəb istilaları və ərəblərin müsəlman dünyasının şərq bölgələrinin əhalisi ilə münasibətləri haqqında;
- Z.M.Bünyadovun əsərlərində Mərkəzi Asiya və Qafqazda türk dövlətçiliyinin inkişafı məsələləri;
- Z.M.Bünyadovun Azərbaycan dövlətçiliyinin tarixi məsələlərinin öyrənilməsində xidmətləri;
- akademik Z.M.Bünyadovun həyatı və elmi yaradıcılıq yolu;
- akademik Z.M.Bünyadov sovet və Azərbaycan şərqşünaslıq elminin təşkilatçısı və rəhbəri kimi;

II. Orta əsrlər müsəlman Şərqinin mənbəşünaslıq tarixşünaslıq məsələləri
- Yaxın və Orta Şərq, Mərkəzi Asiya və Qafqaz müsəlman xalqlarının orta əsrlər tarixinə aid yeni tədqiqatlar;
- Yaxın və Orta Şərq, Mərkəzi Asiya və Qafqaz müsəlman xalqlarının tarixinə aid yeni yazılı mənbələrin təsviri və təqdimatı;
- Orta əsrlərdə türk və İran xalqlarının tarixi ilə bağlı yeni maddi mədəniyyət abidələri və arxeoloji tapıntılar;
- Türk və İran xalqlarının islamdan öncəki din və etiqadları və islamın Mərkəzi Asiya və Qafqazda yayılması;
- orta əsrlərdə Mərkəzi Asiya və Qafqazda xristianlıq və yəhudilik;
- türk və İran xalqlarının orta əsrlər müsəlman dünyasında ədəbiyyatın, elmin və incəsənətin təşəkkülündə və inkişafında xidmətləri;
- orta əsrlərdə türk dövlətlərinin qonşu xalqlarla və Avropa, Uzaq və Orta Şərq və  Mərkəzi Avrasiya dövlətləri ilə qarşılıqlı əlaqələri.

Məruzələrin tezisləri 25 mart 2012-ci il tarixinədək qəbul edilir. Tezislərin həcmi – 1-2 səhifə olmalıdır (şrift Times New Roman 12, interval 1). Tezislərin təşkilat komitəsinin sharq@lan.ab.az, az_sharq@mail.ru  elektron ünvanlarına göndərilməsi xahiş olunur. Məruzəni göndərənin adının və akademik və ya tədris müəssisəsində tutduğu vəzifəsinin tam şəkildə qeyd edilməsi xahiş olunur.

Simpozium 7-8 may tarixlərində Bakı şəhərində keçiriləcək. Elmi proqram bitdikdən sonra xarici iştirakçılar üçün böyük Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə şəhərinə səfər nəzərdə tutulur.

İştirakçıların gəlməsi və Bakı şəhərinin otellərində yerləşdirilməsi mayın 6-sına, Bakıdan getmələri mayın 10-11-nə nəzərdə tutulur. Bakıda qalma və Gəncə şəhərinə səfərlə bağlı bütün xərclər simpoziumun təşkilatçıları tərəfindən təmin olunacaq. İştirakçılar Bakıya gəlmə və geri qayıtma xərclərini özləri təmin etməlidirlər.

Simpoziumun Təşkilat Komitəsi
Bakı, 9 yanvar 2012-ci il