Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
Oktyabrın 8-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət etdilər.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və başqaları çıxış edərək oktyabrın 10-da anadan olmasaının 71 illiyi qeyd edilən görkəmli alimin keçdiyi mənalı həyat yolundan, dünya şərqşünaslığı üçün qoyduğu zəngin elmi irsdən söz açdılar.
Alimin məzarı önünə Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri adından əklillər qoyuldu..