Elmira Fikrətqızı . “Osman Türkayın poetik irsi”

 

 

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Elmira Fikrətqızının “Osman Türkayın poetik irsi” monoqrafiyası işıq üzü görüb. Monoqrafiya müasir Kipr türk ədəbiyyatının dünya səviyyəsində məşhur, iki dəfə Nobel mükafatına namizəd göstərilən, “Kosmos əsri şairi” epitetli təmsilçisi, türk və ingilis dillərində əsərlərin müəllifi Osman Türkayın (1927-2001) həyat və yaradıcılığına həsr olunub. Azərbaycanda Osman Türkay haqqında ilk tədqiqat işi kimi diqqəti cəlb edən kitabda simvolizm və modernizm cərəyanlarının təsiri altında novator şair kimi özünü təsdiqləyən şairin poeziyası araşdırılıb. Monoqrafiyada Kipr türk şerinin ümumi inkişaf yolu haqqında məlumat verilib, xüsusilə XX əsr Kipr türk ədəbiyyatı təhlilə cəlb edilib. Osman Türkayın bədii yaradıcılığı mərhələlər üzrə öyrənilməklə yanaşı, sənətkarlıq xüsusiyyətləri də, elmi-nəzəri görüşləri də araşdırılıb.