Şərqşünas alimimizə Türkiyədən Fəxri diplom
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Türk filologiyası şöbəsinin müdiri, filologiya elmləri namizədi Xalidə Quliyeva-Qafqazlıya Türkiyənin Kayseri şəhərindəki Erciyəs Universitetinin Fəxri diplomu təqdim olunub. O, bu diploma türk aşıq ədəbiyyatının inkişaf yolları, onun görkəmli nümayəndələri, o cümlədən Qaracaoğlan (XVII əsr), Dərdli (XVIII əsrin sonu XX əsrin 1-ci yarısı), Dadaloğlu (XVIII əsrin axırı – XIX əsrin sonu), Seyrani (XX əsr), Aşıq İnsani (XX), Aşıq Veysəl (XX), Aşıq Xəlil Qarabulud (XX), Dəryami (XX), Aşıq Canımoğlu (XX) və başqalarının yaradıcılıqları, aşıq şerindəki ictimai motivlər haqqında apardığı tədqiqat işlərinə görə layiq görülüb.
Fəxri diplomu X.Quliyeva-Qafqazlıya Bakıya gələn Erçiyəs Universitetinin müəllimi, eyni zamanda Türkiyədə aşıq-şair, publisist, xalq yaradıcılığının tədqiqatçısı, Azərbaycanla əlaqədar olan neçə-neçə şeirin müəllifi kimi tanınmış Bayram Durbilməz təqdim edib.