YÜKLƏ

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb

 AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayında Şərqşünaslıq İnstitutunun 2010-cu ildə elmi fəaliyyəti haqqında geniş hesabat dərc olunur. Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva müsahibəsində ərəb aləmində son zamanlar baş verən siyasi hadisələri təhlil edir. Oxuculara institutun əməkdaşlarından Cəmilə Sadıqovanın «Şəms Qeys Razi qafiyədə məna daşıyıcıları olan rəvilər haqqında», Solmaz Rüstəmova-Tohidinin «İslam İnqilabından sonra İranda Azərbaycan dili tədqiqinin bəzi məsələlərinə dair», Sübhan Talıblının «İran İslam Respublikasının xarici siyasət prinsipləri», Esmeralda Həsənovanın «Müasir Türkiyənin ilahiyyatçılarının İslamın Qərbdə təhrifi cəhdlərini tənqidi», Ramiz Mürsəlovun «Qloballaşma və çağdaş milli mədəniyyətin formalaşması» və digər maraqlı məqalələr təqdim olunur.
Jurnaldan həmçinin ötən aylarda İnstitutda keçirilən görüş və tədbirlər, əməkdaşların xarici beynəlxalq elmi tədbirlərdə iştirakı, şərqşünaslıq sahəsində çap olunan yeni kitablar və s. barədə ətraflı məlumat almaq olar.