Şərq filologiyası məsələləri
(Beşinci buraxılış)
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun «Şərq filologiyası məsələləri» məqalələr toplusunun 5-ci sayı işıq üzü görüb. Yaxın və Orta Şərq regionunun orta əsrlərdən başlayaraq bu günə qədər davam edən geniş dövrünün ədəbiyyat, dil və mədəniyyətinin aktual məsələlərini əks etdirən toplunun bu sayında ərəb, türk və fars filologiyasına dair Azərbaycan və rus dillərində maraqlı məqalələr dərc olunub.
Ərəb filologiyasına aid məqalələr sırasında Lalə Əliyevanın «Нагиб Махфуз – основоположник современной египетской литературы», Əfsanə Məmmədovanın «Qırılmış qanadlar» - real gerçəkliyin romantik inikası», Xanımzər Kərimovanın «Ərəb ədəbiyyatında «ədəb» janrı» və s.-ni qeyd etmək olar. Fars filologiyasına dair Mehdi Kazımovun «Баба Кухи и Абу Саид Мейхени», Əsmətxanım Məmmədovanın «Fars dilinin fonetik quruluşunda «Həmzə», Cəmilə Sadıqovanın «Fars dilçiliyi tarixində filoloji izahlı lüğətlərin təşəkkülü» və digər maraqlı məqalələr təqdim olunur. Türk filologiyası bölməsində Xalidə Quliyeva-Qafqazlının «XIX əsr türk saz şairi Dərdli», Barat Osmanovanın «Orxan Vəli şeirlərində eşq və qadın», Sədaqət Qasımlının «Yeni türk hekayəçiliyinin təşəkkülü», Nəsib Göyüşovun «Şərq poetikasının başqa poetik sistemlərlə tipologiyası», Səadət Şıxıyevanın «Niyazi Misrinin «Divani-İlahiyyat»ında hürufiliklə səsləşmələr» və s. məqalələrlə tanış olmaq olar.