Şərqşünaslıq İnstitutunda Milli Qurtuluş Günü qeyd edildi
İyunun 14-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 15 iyun – Milli Qurtuluş Günü qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva çıxış edərək, ulu öndər Heydər Əliyevin xilaskarlıq rolundan, onun respublikamıza rəhbərlik etdiyi onilliklər ərzində əldə olunan nailiyyətlərdən danışıb.
90-cı illərin əvvəllərində ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən Gövhər xanım, 1993-cü ildə xalqın tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vətəndaş müharibəsinin qarşısının alındığını, siyasi sabitliyin bərqərar olunduğunu, Azərbaycanın böyük təhlükədən xilas olduğunu deyib. G.Baxşəliyeva ulu öndərin bütövlükdə respublikamızın, onun müstəqilliyinin xilaskarı olduğu kimi, bütün sahələri, xüsusən də Azərbaycan elmini məhv olma təhlükəsindən qurtardığını bildirib. Böyük rəhbərin hələ sovet dövründə elmə qayğısının nəticəsində Azərbaycanın dünya elminə sanballı töhfələr verdiyini xatırladan Gövhər xanım, 90-cı illərin əvvəllərində cəmiyyətin bütün sahələrində olduğu kimi, Elmlər Akademiyası sistemində də dərin böhran, tənəzzül, hətta iflas prosesləri müşahidə olunduğunu və yalnız Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından və Elmlər Akademiyası üzvləri ilə, elmi ictimaiyyətlə tarixi görüşündən və bu görüş nəticəsində atdığı addımlardan sonra bu prosesin qarşısının alındığını vurğulayıb. Ümummilli liderin yürütdüyü müdrik siyasət və onun layiqli davamçısı Prezident İlham Əliyevin bu kursu yüksək səviyyədə davam etdirməsi sayəsində bu gün bütün sahələrdə inkişaf edən Azərbaycanın elmi də böyük uğurlar əldə etməkdədir.
Daha sonra İnstitutun əməkdaşlarından Soltanəli Mirzəzadə, Vüqar Məmmədov, Zəfər Abdullayev, Şəmsi Əhmədov və başqaları çıxış edərək, 15 İyunun Azərbaycanın xilas günü olduğunu qeyd etdilər, o gündən sonra ölkəmizdə hüquqi, demokratik, dünyəvi və milli dövlət quruculuğunda əldə olunmuş uğurları yüksək dəyərləndirdilər, iqtisadiyyatımızın, elm və təhsilimizin günbəgün inkişaf etdiyini bildirdilər.